Cəmiyyətin əsas vəzifəsi
Cəmiyyətin əsas vəzifəsi respublika kənd təsərrüfatını, müəssisə və təşkilatları, kəndli (fermer) təsərrüfatını, fiziki və hüquqi şəxsləri və digər sahibkarları onların sifarişi əsasında traktor, yük avtomobilləri, texnoloji avadanlıq, kənd təsərrüfatı maşınları, eskavator, buldozer, taxıl yıgan kombayn, kotan, taxıl səpən, kartof səpən və yığan, ot biçən və yığan, qarğıdalıyıgan kombayn , avtotraktor şinləri, avtotraktor və kəndtəsərrufatı maşınları ücün ehtiyat hissələri və istehsal təyinatlı digər mallarla təmin etməkdir.
Cəmiyyətin marketinq əlaqələri
Bununla əlaqədar Cəmiyyətimiz bir neçə ölkələrin, o cümlədən Türkiyənin
“Takmakbir” Önalar, Tinaz, Taral, Kurtsan; Almaniyanın “Klass”; Çexiyanın “Zetor”, İtaliyanın “Nyu-Holland”, Finlandiyanın “Sampo”, Rusiyanın “Rosselmas”, Ukrayna, Özbəkistan və digər ölkələrdə olan istehsalçı zavod-fabrik və firmaların Azərbaycan və orta Asiya üzrə rəsmi distribyuteri və dillerliyini almışdır.
Cəmiyyət satdığı malların növündən asılı olaraq hər bir mala 1 ildən 2 ilədək qarantiya verir və onlara işlədiyi dövrdə servis xidməti göstərir.
Mallar müəssisə və təşkilatlara müqavilə əsasında tam lizinq, icarə lizinqi, hissəli lizinq, qabaqcadan ödəmə və kredit yolu ilə satılır.
Cəmiyyət müəssisə, təşkilat, kəndli(fermer) təsərrüfatlarına və digər sahibkarlara respublikanın müxtəlif bölgələrində onlara torpaq sahələrinin əkilməsi və becərilməsi, müxtəlif kənd təsərrüfatı məhsullarının yığılması, daşınması və digər xidmətləridə yerinə yetirə bilər.
Bizim əsas kriteriyamız sahibkarlara keyfiyyətli və sərfəli qiymətlərlə operativ və dəqiq xidmət göstərməkdir.